Rusiyaya qarşı sanksiyaların ləğvi gündəmdə olacaq

Rusiyaya qarşı sanksiyaların ləğvi, yenidən başlana biləcəyi təqdirdə Ukrayna ilə bağlı mümkün danışıqların gündəmində olacaq.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Digər parametr Qərbin Rusiyaya qarşı sanksiyalarıdır. Bu sanksiyalar da böyük bir paket kimi danışıqlar masasında olacaq. Proses uğursuz olarsa, münaqişənin ya genişlənmək, ya da dondurmaq riski var”, – deyə nazir bildirib.

Türkiyə XİN rəhbərinin sözlərinə görə, bir sıra qruplar Ukraynada münaqişənin davam etdirilməsində maraqlıdırlar, lakin onlar qarşıdurmanın formatının dəyişə biləcəyindən narahatdırlar.

O, aydınlaşdırıb ki, bu qruplar digər silah növlərinin, xüsusən də nüvə silahlarının istifadəsinə mümkün keçiddən narahatdırlar.

“Mövcud formata görə başqa heç nəyə əhəmiyyət vermirlər, heç bir narahatlıqları yoxdur” – deyə Fidan yekunlaşdırıb.

Bundan əvvəl məlum olub ki, tərəflər danışıqlara davam etmək istəsə, Ankara Ukrayna münaqişəsinin həlli üçün İstanbul prosesini bərpa etməyə hazırdır.

 

 

Gununsesi.info