“Qarabağ”ın Avropa Liqasındakı rəqibi futbolçusu ilə müqavilə müddətini uzadıb

  • By ilhame
  • 19 Sentyabr 2024 20:21

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən “Olimpiakos” (Yunanıstan) futbolçusu ilə müqavilə müddətini uzadıb.

Gununsesi.info xəbər verir ki, sağ cinah müdafiəçisi Rodiney daha 3 il Pirey təmsilçisinin şərəfini qoruyacaq.

Braziliyalı futbolçu 2022-ci ildən bu klubun şərəfini qoruyur.

Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”la 2025-ci il yanvar 30-da səfərdə qarşılaşacaq.

Gununsesi.info