
İsrail müqavimət oxunun sarsıdıcı cavabı ilə üzləşəcək.
Gununsesi.info xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami deyib.
“Livandakı terror hücumu, şübhəsiz ki, sionist rejimin çarəsizliyi və ardıcıl uğursuzluqlarının nəticəsidir və tezliklə müqavimət cəbhəsinin sarsıdıcı cavabı sayəsində bu qəddar və cinayətkar rejimin tamamilə məhv edilməsinin şahidi olacağıq” .
Bundan əvvəl İsrail aviasiyası Livanın cənubundakı yaşayış məntəqələrinə bir sıra zərbələr endirib.
Gərgin zərbələrin Hizbullah İslami hərəkatının baş katibi Həsən Nəsrullahın çıxışının başlanğıcı ilə üst-üstə düşdüyü dəqiqləşdirilir.
Gununsesi.info