AYNA Xocalı prospekti ilə bağlı açıqlama yaydı

  • By Günel
  • 20 Sentyabr 2024 09:59

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının Xətai rayonu Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.

Qeyd edilib ki, velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb. Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb.

Gununsesi.info