İsrail Livanın yaşayış məntəqələrinə zərbələr endirib

İsrail aviasiyası Livanın cənubundakı yaşayış məntəqələrinə silsilə zərbələr endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkədəki səhra mənbələri məlumat verib.

Qeyd olunur ki, intensiv zərbələr Hizbullah İslami hərəkatının baş katibi Həsən Nəsrullahın çıxışının başlanğıcına təsadüf edib.

Bundan əvvəl Livanın şiə Hizbullah təşkilatının baş katibi Həsən Nəsrullah bildirib ki, Livan dövlətin bütün tarixində misli görünməmiş və ən böyük miqyaslı İsrail hücumuna məruz qalıb, bu, İsraillə müharibə vəziyyətindən başqa bir şey deyil. Onun sözlərinə görə, “qrupun döyüşçüləri yüksək hazırlıq vəziyyətindədir və tam silahlanmışdır”.

Təşkilat lideri həmçinin İsrailin 17 və 18 sentyabr terror aktlarına görə layiqli cəzasını alacağına söz verib.

Sentyabrın 17-də Beyrutun cənub ətrafı da daxil olmaqla Livanın bir sıra regionlarında peycerdə güclü partlayışlar baş verib.

Al Jadeed telekanalı Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, peycer partlaması nəticəsində 4 min vətəndaş xəsarət alıb.

 

 

Gununsesi.info