Bakıda avtomobil piyadanı vuraraq öldürüb

  • By Günel
  • 20 Sentyabr 2024 09:55

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

1989-cu il təvəllüdlü Eyvaz İsmayılov idarə etdiyi “Lada Priora” markalı avtomobillə 1982-ci il təvəllüdlü Kamil Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin Elvin Musazadə isə gözündən aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info