Almaniya Ukraynaya daha 22 Leopard tankı verdi

Almaniya Ukraynaya daha 22 Leopard 1A5 tankı verdi.

Gununsesi.info bu barədə Almaniya hökumətinə istinadən xəbər verir.

Üç Gepard özüyeriyən zenit silahı da Kiyevə göndərilib.

Bundan əlavə, Ukrayna Almaniyadan 61 min ədəd 155 mm çaplı artilleriya sursatı və min ədəd atıcı silah patronu alıb.

Qeyd edək ki, bundan əvvəl məlum olmuşdu ki, Almaniya hərbi yardım üçün Ukraynaya əlavə 397 milyon avro transferini təsdiqləmək niyyətindədir.

 

 

Gununsesi.info