
Bugün Nəsimi Rayon Məhkəməsində AXCP sədri Əli Kərimliyə qarşı iş üzrə məhkəmə prosesi keçirilib.
Gununsesi.info–nun xəbərinə görə, ötən prosesdə təqsirləndirilən şəxs olan Əli Kərimli özü məhkəməyə gəlib.
Proses zamanı hakim Babək Pənahov bildirib ki, şikayətlə bağlı tanış olma prosesinə məhkəmə təxirə salınır.
Hakim məhkəmənin gələn ay davam etdirləcəyini deyib.
Xatırladaq ki, Ə.Kərimli barəsində AXCP-nin sabiq partiya üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Ə.Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalanmasını istəyib.
A.Əliyev uzun müddət AXCP-də fəaliyyət göstərib. O, 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.
Afət
Gununsesi.info