Peycerlərin partlaması terror aktıdır

Livanda peycerlərin və digər elektron cihazların partlaması müharibə elanına səbəb olan terror hücumudur.

Gununsesi.info xəbər verir ki, bu açıqlama ilə Livan Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullah çıxış edib.

O, vurğulayıb, müharibə cinayəti, müharibə elanına aparan genişmiqyaslı terror və soyqırım aktıdır.

Nəsrullah həmçinin İsrailin hücumlarının “ədalətli cəza” ilə nəticələnəcəyini vəd edib.

Qeyd edək ki, sentyabrın 17-də Beyrutun cənub ətrafı da daxil olmaqla Livanın bir sıra regionlarında peycerdə güclü partlayışlar baş verib.

Al Jadeed telekanalı Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, peycer partlaması nəticəsində 4 min vətəndaş xəsarət alıb.

Sentyabrın 18-də Livanda Hizbullah simsiz cihazlarının yeni partlayış dalğası başlayıb, lakin indi peycerlər əvəzinə ICOM radioları, noutbuklar, radiolar və digər qadcetlər partlamağa başlayıb.

 

 

Gununsesi.info