Bu müharibə vəziyyətindən başqa bir şey deyil

Livan dövlətin bütün tarixində misli görünməmiş və ən böyük İsrail hücumuna məruz qalıb, bu İsraillə müharibə vəziyyətindən başqa bir şey deyil.

Gununsesi.info xəbər verir ki, bunu Livanın Hizbullah təşkilatının baş katibi Həsən Nəsrullah deyib.

Onun sözlərinə görə, “qrupun döyüşçüləri yüksək hazırlıq vəziyyətindədir və tam silahlanmışdır”.

Təşkilat lideri həmçinin İsrailin 17 və 18 sentyabr terror aktlarına görə layiqli cəzasını alacağına söz verib.

Bundan əvvəl Nəsrullah İsrailin bütün Livanda peycer və digər elektron cihazların partladığı hücumun müharibə elanına aparan terror aktı olduğunu bildirib.

 

 

Gununsesi.info