NATO Estoniyadan münaqişəyə hazırlaşmağı tələb etdi

Şimali Atlantika Alyansı Rusiya ilə münaqişə olacağı təqdirdə Estoniyanın qarşısına yeni vəzifə qoyub.

Gununsesi.info xəbər verir ki, bunu Baltikyanı Respublikasının Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vahur Karus deyib.

Onun sözlərinə görə, əgər Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl Estoniya ordusunun NATO-nun əsas qüvvələri köçürülənə qədər təxminən 10 gün dayana biləcəyi gözlənilirdisə, indi alyansdan ölkənin hərbi doktrinasında “əsaslı dəyişikliyə” çevrilən yeni göstərişlər var: “Bu gün bizim uzaqmənzilli zərbə aktivlərimiz NATO planlarına tam daxil edilib və NATO bizə deyir ki, biz Rusiyadakı müəyyən hədəflərə diqqət yetirməliyik və o zaman onlar Estoniyaya gəlib növbəti addımları ata bilərlər.”

Karus onu da vurğulayıb ki, Tallin indi Rusiya ilə münaqişə vəziyyətində ölkədə yerləşən müttəfiq bölmələrin dərhal müharibəyə başlayacağına “birmənalı olaraq arxalana bilər”.

Bundan əvvəl Estoniya Rusiyaya doğru sərhəddən keçən insan və yüklərə seçmə yox, tam gömrük nəzarətinin tətbiq olunduğunu elan edib.

Estoniya prezidenti Alar Karis isə “Rusiya döyüş maşınının dayandırılması” və “Rusiyanı diz çökdürmək üçün” mümkün olan hər şeyi etməyin zəruriliyini bəyan edib.

Onun fikrincə, yalnız bundan sonra Ukrayna böhranının həlli ilə bağlı ciddi danışıqlar başlaya bilər.

Eyni zamanda, ölkə parlamenti Rusiyanın dondurulmuş aktivlərinin “zərər üçün avans ödənişi” kimi Ukraynaya verilməsinə icazə verən qanun qəbul edib.

 

 

Günay

Gununsesi.info