
Almaniya Ukraynaya əlavə 397 milyon avro hərbi yardımın transferini təsdiqləmək niyyətindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Almaniya Maliyyə Nazirliyi Müdafiə Nazirliyinin müraciəti ilə parlamentin aşağı palatasının büdcə komitəsindən əlavə xərclərin təsdiqlənməsini istəyir.
Məktubda bildirilir: “Ukraynadakı hərbi vəziyyətin daim pisləşməsi nəzərə alınaraq, əhəmiyyətli maddi dəstəyin artırılmaması ciddi risk yaradır ki, Ukrayna müdafiə kampaniyasında məğlub ola bilər.”
Bildirilir ki, əlavə yardım dərhal təsdiq edilməlidir ki, tədbirlər 2024-cü ildə həyata keçirilsin və ilin qalan dövründə cəbhədəki vəziyyətə təsir göstərə bilsin.
Gununsesi.info