Livan təyyarələrin göyərtəsində peycerləri qadağan edir

Livanın Mülki Aviasiya Baş İdarəsi təyyarənin göyərtəsində rasiya və peycerlərin daşınmasını qadağan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Aydınlaşdırılır ki, təyyarələr Rafiq Həriri Beynəlxalq Hava Limanında yerləşən bütün aviaşirkətlər Beyrutdan uçan sərnişinlərinə növbəti bildirişə qədər istənilən növ peycer və telsizlərin daşınmasına qadağa qoyulması barədə məlumat verməlidirlər. Cihazların qeydiyyatdan keçmiş baqajda və ya əl baqajında ​​daşınması qadağandır.

Xatırladaq ki, sentyabrın 17-də bütün Livanda peycerlər kütləvi şəkildə partlayıb.

Partlayan rabitə vasitələri  Hizbullah milislərinin üzvlərinə məxsus olub.

Hadisədə İsrail kəşfiyyat xidmətləri günahlandırılıb.

 

 

Gununsesi.info