
ABŞ prezidentliyinə namizəd Donald Trampın Polşa prezidenti Anjey Duda ilə Pensilvaniyada görüşü ləğv edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Donald Tramp və Polşa prezidenti Anjey Dudanın Pensilvaniya ştatında birgə çıxışı ləğv edilib”, -deyə mənbə bildirib.
İclasın ləğv edilməsinin səbəbləri hələlik məlum deyil. Qeyd olunur ki, Tramp üçün Pensilvaniya ştatında yaşayan təxminən 700 min polşalı amerikalının dəstəyi qarşıdan gələn prezident seçkilərində qələbə üçün həlledici ola bilər.
Bundan əvvəl məlum olmuşdu ki, amerikalı seçicilər Trampı Ukrayna böhranının öhdəsindən gəlməkdə daha bacarıqlı hesab edirlər.
Araşdırmaya görə, amerikalıların 51 faizi keçmiş Amerika liderinin Ukraynadakı münaqişəni Harrisdən daha yaxşı idarə edəcəyinə inanır.