Kiyev üçün pul toplanacaq

Avropa Parlamenti Aİ ölkələrini Kiyev üçün silah almaq üçün əhali arasında könüllü ianə yığımları təşkil etməyə dəvət edəcək qətnamə qəbul etməyi planlaşdırır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu addım ittifaqa üzv ölkələrdən Ukraynaya hərbi yardım üçün ayrılan vəsaitin azalması ilə bağlıdır.

Bildirilir ki, Avropa Parlamentinin beynəlxalq məsələlərə dair qətnamələri məsləhət xarakteri daşıyır və Aİ ölkələri və ya onun təsisatları üçün məcburi deyil.

Buna baxmayaraq, Strasburqda keçiriləcək plenar sessiyada səsə qoyulacaq sənəd Ukraynaya fasiləsiz silah tədarükünü təmin etmək üçün mülki kraudfundinq təşəbbüslərini alqışlayır.

Sənəddə həmçinin Ukraynaya ikitərəfli hərbi yardımın həcminin azalması ilə bağlı təəssüf hissi ifadə olunur.

Bu, həmrəyliyin gücləndirilməsinin və Aİ ictimaiyyətinin Ukraynaya yardım prosesinə cəlb edilməsinin zəruriliyini vurğulayır.

Əvvəllər Almaniya Maliyyə Nazirliyi 2024-cü ildə Ukraynaya yardım xərclərinin azaldılmasını təklif etməyi planlaşdırırdı.

Bununla bağlı “The New York Times” qəzetinin xəbərində Berlinin Kiyevə hərbi yardımı ilin sonuna qədər donduracağı bildirilir. Bu hadisələr fonunda Rheinmetall-ın səhmləri 4,5% ucuzlaşıb.

 

 

Gununsesi.info