
Finlandiya ukraynalılara yardım göstərildiyini əsas gətirərək Qəzzadan gələn xəstələri qəbul etməkdən imtina edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Yle məlumat yayıb.
May ayında Avropa Komissiyası (AK) Qəzza zolağından ağır yaralı xəstələri qəbul etmək üçün Aİ ölkələrinə sorğu göndərib.
Finlandiyanın Sosial Rifah və Səhiyyə Nazirliyinin məlumatına görə, xəstələrin evakuasiyası üçün tələbləri təmin etmək üçün lazımi resursları olmadığına görə ölkə AK-nin sorğusuna hələ cavab verməyib,.
Agentlik həmçinin Finlandiyanın resurslarının məhdud olduğunu və “xəstələrin təxliyəsi məsələlərində Ukraynaya yardımı prioritetləşdirmək qərarına gəldiyini” açıqlayıb.
Yle-nin məlumatına görə, Belçika, İspaniya, İtaliya, Lüksemburq, Malta, Rumıniya və Slovakiya Qəzzadan olan yaralı fələstinliləri qəbul etməyə hazır olduqlarını bəyan ediblər. Bundan əlavə, Norveç 20 xəstə qəbul edəcək.
Şəbnəm