İranın Almaniyadakı bütün konsulluqları bağlanır

  • By Günel
  • 31 Oktyabr 2024 19:34

Almaniya hökuməti İranın ölkədəki bütün baş konsulluqlarını bağlamaq qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, söhbət Frankfurt-Mayn, Hamburq və Münhendəki diplomatik nümayəndəliklərdən gedir.

İranın Berlindəki səfirliyi fəaliyyətini davam etdirəcək.

Almaniya hakimiyyətinin bu qərarı İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarməhdin İranda edam edilməsinə reaksiyadır.

Gununsesi.info