Estoniyanın keçmiş Prezidenti Arnold Ruutel vəfat edib

  • By Günel
  • 01 Yanvar 2025 09:28

Estoniyanın keçmiş Prezidenti Arnold Ruutel 97 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Postimees qəzeti məlumat yayıb. Məlumata görə, Ruutel dekabrın 31-i axşam Tallində dünyasını dəyişib.

Qəzet yazır ki, dekabrın sonunda eks-prezident ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, ölümünün səbəbi açıqlanmayıb.

Arnold Rüütel 2001-2006-cı illərdə Estoniya Prezidenti vəzifəsində çalışıb.

Gununsesi.info