Ukraynada məmurun iş otağında partlayış: Ölənlər və yaralananlar var

  • By Günel
  • 31 Dekabr 2024 19:24

Ukraynada kənd təsərrüfatı müəssisəsinin rəhbərinin iş otağında partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Bildirilir ki, partlayış müəssisənin keçmiş işçilərindən birinin otağa daxil olmasından sonra baş verib.

Gununsesi.info