Berlində silahlı şəxs insanlara hücum etdi

  • By Günel
  • 31 Dekabr 2024 20:37

Almaniyanın paytaxtı Berlində bıçaqlı şəxs küçədəki şəxslərə hücum edib.

Gununsesi.info yerli mediaya istinadən xəbər verir ki, hadisə şəhərin kifayət qədər sakit bölgəsi sayılan Şarlottenburqda qeydə alınıb.

İnsident zamanı bir neçə şəxs xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Hücumu edən silahlının psixi xəstəlikdən əziyyət çəkdiyi deyilir. O, polis tərəfindən saxlanılıb.

Gununsesi.info