Azərbaycanda Yeni ilin ilk körpəsi doğuldu - FOTO

  • By Günel
  • 01 Yanvar 2025 08:40

Azərbaycanda 2025-ci ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 1 yanvar 2025-ci il saat 00:01-də doğulan körpənin cinsi oğlan, boyu 50 sm, çəkisi 3 kq 900 qr olub.

38-ci həftəsində təbii doğuşa alınan ananın və yenidoğulmuşun vəziyyətinin stabil olduğu qeyd edilib.