Ankara və Bakının siyasəti “Bir millət, iki dövlət” tezisinə əsaslanır - Yaşar Gülər

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Yeni il münasibətilə paylaşım edib.

Gununsesi.info-nun məlumatına görə, nazir bildirib ki, Türkiyə Azərbaycanın sabit inkişafı və təhlükəsizliyini dəstəkləməyə bundan sonra da sadiqdir.

Onun sözlərinə görə, Ankara və Bakının siyasəti “Bir millət, iki dövlət” tezisinə əsaslanır.

“Biz təhlükəsizlik və əmin-amanlıq məsələlərində Türkiyə ilə Azərbaycan arasında heç bir fərq qoymuruq. Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və həmişə olacağıq,” – deyə Yaşar Güler qeyd edib.

Türkiyənin milli müdafiə naziri iki ölkə arasında tarixi dostluq və qardaşlıq bağlarını xüsusi vurğulayıb.

 

 

Gununsesi.info