Bu ölkələr Gürcüstan rəsmiləri üçün vizasız gediş-gəlişi ləğv etmək niyyətindədir

  • By Günel
  • 31 Dekabr 2024 22:25

Fransa, Almaniya, Polşa Avropa İttifaqının qərarına əsasən, Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan şəxslərin ölkəyə vizasız girişinə qadağa tətbiq etmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə üç ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında bildirilir.

Bundan əlavə XİN başçıları həm Aİ səviyyəsində, həm də ölkə daxilində Gürcüstan hakimiyyətinə qarşı digər tədbirlərin tətbiqini nəzərdən keçirməyi planlaşdırırlar.

Gununsesi.info