Bu gündən minimum aylıq əməkhaqqı 400 manat oldu

  • By Günel
  • 01 Yanvar 2025 09:36

Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqı ilə bağlı imzaladığı Sərəncam bu gündən qüvvəyə minib.

Gununsesi.info xəbər verir ki, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.

Qeyd edək ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən bugünədək 345 manat təşkil edirdi.

Gununsesi.info