Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.
“Qardaş Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, yeni ilin Azərbaycan xalqına və bütün Türk dünyasına sülh və əmin-amanlıq gətirməsini diləyirik”, – deyə paylaşımda qeyd edilib.