
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə ABŞ-nin Nyu-York şəhərinin dünyaca məşhur “Times” meydanında məlumatlandırma aksiyası keçirilib.
Gununsesi.info xəbər verir ki, aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı ilə baş tutub.