Bu ölkədə təhlükə: - Yeni il şənlikləri ləğv edildi

Edinburqda şotlandların Hoqmaney Yeni il bayramı üçün təşkil edilən küçə şənlikləri qasırğa xəbərdarlığına görə ləğv edilib. Həmçinin, Londonda da Yeni il atəşfəşanlığı güclü külək (sürəti 18 m/s-dən çox) səbəbindən baş tutmaya bilər.

Gununsesi.info Oxu.az-a istinadla xəbər verir ki, Böyük Britaniyanın meteorologiya xidməti tərəfindən verilən güclü külək, yağış və qarla bağlı xəbərdarlıq yanvarın 2-dək qüvvədə qalacaq.

Şotlandiyada dekabrın 31-də hava şəraiti ən sərt həddə olacaq.

Xəbərdarlıq Britaniyanın şimalının böyük hissələrinə, eləcə də Uelsin bir hissəsinə şamil edilib.

Gununsesi.info