Kəlbəcərlilərə böyük itki

  • By admin
  • 28 Dekabr 2024 12:17

Uzun illər bir sıra vəzifələrdə çalışmış Əlif Abbasov vəfat edib.

Gununsesi.infonun xəbərinə görə, əslən Kəlbəcərin Zar kəndindən olan Əlif Abbasov sovetlər dönəmində ət-süd aqrar müəssisələrinə rəhbərlik edib.

Müstəqilliyimizin ilk illərindən sonra böyük fermer təsərrüfatlar quran Abbasov yüzlərlə insan üçün iş yerləri yaradıb.

Onun yaşadığı Mingəçevir şəhərində dəfn ediləcəyi bildirilir.

Allah rəhmət eləsin!

 

Gununsesi.info