Suriyada Türkiyə vətəndaşı general oldu

Xəbər verdiyimiz kimi, Suriyada əcnəbi döyüşçülər ölkənin Silahlı Qüvvələrinin rəhbərliyinə cəlb edilib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın yeni lideri Əhməd əş-Şaranın fərmanı ilə Muxtar Türki kimi tanınan Türkiyə vətəndaşı Ömər Məhəmməd Çiftçi Suriya ordusunda briqada generalı rütbəsi alıb.

Qeyd edək ki, Ömər Məhəmməd Çiftçi “Nüsrə Cəbhəsi” dövründən Əhməd əl-Şara ilə birlikdədir.

 

Gununsesi.info

 

 

(axar.az)