
“2024-cü ildə dünya əhalisi 71 milyon nəfərdən çox artıb”.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosu məlumat dərc edib.
Məlumata görə, 2025-ci il yanvarın 1-dək dünya əhalisinin sayı 8,09 milyard nəfərə çatacaq.
“Amerikanın Səsi” xəbər verir ki, əhalinin 2023-cü illə müqayisədə bir qədər səngiyib. Belə ki, 2023-cü ildə artım tempi 75 milyon nəfər təşkil edib. 2025-ci ilin yanvar ayında dünyada hər saniyədə 4,2 nəfərin doğulacağı, 2 nəfərin öləcəyi gözlənilir.