Bayram gecəsi faciəvi şəkildə öldü

  • By Günel
  • 01 Yanvar 2025 09:33

Bayram gecəsi yolun kənarında dayanan piyada canından olub.

Gununsesi.info xəbər verir ki, hadisə Tovuz rayonunun Əlimərdanlı kəndində qeydə alınıb.

Belə ki, magistral yolda hərəkət edən “BMW” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən aşan “BMW” yolun kənarında dayanan 69 yaşlı Həmid Tağıyevi vurub.

Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Toqquşan avtomobillərdə olan 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Gununsesi.info