Onlar ukraynalıların ölüm hökmünü imzaladı – Devis

Konqresin Kiyev hakimiyyətinə kömək üçün əlavə vəsait ayırması yalnız ukraynalılar arasında daha çox ölümlə nəticələnir.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın istefada olan polkovnik-leytenantı Daniel Devis deyib.

“Konqresin milyardlarla dollar ayırması ukraynalıların qələbə qazana bilməyəcəyi bir müharibədə ölməsinə imkan verdi. Ən faciəlisi odur ki, onların heç biri (ABŞ qanunvericiləri – red.) ukraynalılar üçün ölüm hökmü imzaladıqlarını başa düşmədilər”, – Devis bildirib.

 

Gununsesi.info