Çin lideri Si Tsinpin: “Heç kim bunu dayandıra bilməyəcək”

  • By Günel
  • 31 Dekabr 2024 19:28

“Heç kim Çin və Tayvanın birləşməsini dayandıra bilməz”.

Gununsesi.info xəbər verir ki, bunu Çin Xalq Respublikasının prezidenti Si Tsinpin deyib.

O bildirib ki, Çinin yenidən birləşməsi qaçılmazdır və heç kim buna mane ola bilməyəcək.

Si Tsinpin Yeni il müraciətində deyib: “Tayvan boğazının hər iki tərəfində yaşayan soydaşlar bir ailədir. Onlar arasındakı bağların qırılması mümkün deyil. Çünki bu, qan bağlarıdır. Odur ki, Çin “bir ölkə, iki sistem” siyasətinə sadiq qalacaq”, – deyə Tsinpin vurğulayıb.(Globalinfo.az)

Gununsesi.info