Gəncədə 49 yaşlı kişi bıçaqlanıb

  • By Günel
  • 31 Dekabr 2024 19:22

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü R.Əliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, 49 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Gununsesi.info