İsrail əhalisinin sayı 10 milyonu keçib

  • By Günel
  • 31 Dekabr 2024 19:40

İsrail əhalisinin sayı 2024-cü ildə 10 milyonu keçib.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin Mərkəzi Statistika Bürosu məlumat yayıb.

Qeyd olunub ki, 10,02 milyon əhalinin 7,7 milyonu yəhudilər (ümumi əhalinin 76,9 faizi), 2,1 milyonu ərəblər (ümumi əhalinin 21 faizi), 216 min nəfəri əcnəbilərdir (ümumi əhalinin sayının 2,1 faizi).

2024-cü ildə əhalinin artımı 2023-cü ildəki 1,6%-dən 1,1%-ə düşüb: “Bu tendensiya xüsusilə cari ildə ölkədən çoxlu sayda israillinin çıxması ilə bağlıdır”.

Məlumata görə, il ərzində İsraildə təxminən 181 000 körpə doğulub. 2024-cü ildə miqrasiya saldosu mənfi olub və 18,2 min nəfər təşkil edib.

Gununsesi.info