Zaqatalada qəza nəticəsində bir ailənin beş üzvü xəsarət alıb

  • By Günel
  • 01 Yanvar 2025 02:36

Zaqatalada ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə ilin son günü dekabrın 31-dən Yeni ilin ilk gününə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, baş vermiş qəza zamanı biri azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.

Xəsarət alanların bir ailənin üzvüləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(APA)

Gununsesi.info