
Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yol polisi postuna hücum edən terrorçuların arasında Dağıstanın Serqokalinsk vilayətinin başçısı Maqomed Ömərovun iki oğlu – Osman və Adil Ömərov da olub.
Bu barədə “Baza” teleqram kanalı yazıb.
Qeyd olunub ki, onların hər ikisi əməliyyat zamanı zərərsizləşdirilib.
Hüquq-mühafizə orqanlarındakı mənbə də bu məlumatı “Kommersant”a təsdiqləyib.
Öz növbəsində “TASS” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, Mahaçqala və Dərbəndə hücum edənlər beynəlxalq terror təşkilatının tərəfdarlarıdır və xarici silahlardan istifadə ediblər.