
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Rusiyanın hüquq-mühafizə orqanlarının azərbaycanlıların ölümü ilə nəticələnən əməliyyatına dair paylaşım edib.
Gununsesi.info səfirin “X” hesabındakı paylaşımını təqdim edir.
“Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr bizi dərin şəkildə qayğılandırır. Öldürülənlərin ailələrinə başsağlığı verir və bu zamanda Azərbaycan xalqının yanında olduğumuzu bildiririk. Ədalətin təmin olunması istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi ifadə edirik”.