Netanyahunun oğlu Avner qorxusundan adını dəyişib

  • By Admin2
  • 03 İyul 2025 10:37

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Avnerin 2022-ci ildə təhsil almaq üçün Böyük Britaniyaya getməzdən əvvəl qorxusundan adını dəyişdiyi bildirilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yerli mətbuatın yazdığına görə, Avner Netanyahu adını dəyişərək Avi Seqal olaraq İngiltərədə bu adla universitetə ​​daxil olub və mənzil alıb. Müxalifətdə olarkən 2022-ci ildə təhsil almaq üçün İngiltərəyə gedən İsrail Baş naziri Netanyahunun oğlu Avnerin, müsəlman əhalisinin çox olduğu bir bölgədə “Netanyahu” soyadı ilə tanınacağından qorxaraq adını Avi Seqal olaraq dəyişdirdiyi ortaya çıxıb.

İsrail şəxsiyyət vəsiqəsindəki adını nənəsinin soyadından istifadə edərək Avi Seqal olaraq dəyişdirib.

Avner sürücülük vəsiqəsində və pasportunda da adını dəyişdiyini bildirərək, müsəlmanların yaşadığı bir ölkədə bu adla səyahət etməkdən qorxduğunu bildirib.

İngiltərədə Avi Seqal adı ilə 502 min lirəyə mənzil alan Avnerin alışını nağd şəkildə etdiyi, daha sonra atası ilə əlaqəsini gizlədərək Oksford Universitetində magistr təhsilinə başladığı və adının da məktəb qeydlərində Avi Seqal olaraq qeyd edildiyi ortaya çıxdı.

Avnerin 7 oktyabr 2023-cü il tarixindən sonra İngiltərədən İsrailə döndüyü qeyd edilib.

Orxan

Gununsesi.info