İsrail Qəzzaya yeni deportasiya əmri verib

  • By Admin2
  • 03 İyul 2025 10:34

İsrail ordusu Qəzzanın şimalındakı bəzi fələstinlilər üçün yeni deportasiya əmri verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee X hesabında Qəzza  zolağının kiçik bloklara bölündüyünü və qırmızı ilə işarələnmiş “qadağan olunmuş əraziləri” göstərən xəritəni paylaşıb.

Xəritəyə görə Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərində 3 məhəllədə 602, 699, 715, 716 və 717 saylı məhəllələrin boşaldılması lazım olduğunu qeyd edən Adraee, İsrail ordusunun bölgəyə intensiv hücumlar təşkil edəcəyi ilə hədələyib.

Adraee, işarələnmiş ərazilərdə fələstinliləri cənubdakı Mevasi bölgəsinə getməyə və geri qayıtmamağa çağırıb.

İsrail ordusu Qəzza zolağında yanvarın 19-da qüvvəyə minən atəşkəsdən sonra martın 18-i səhər şiddətli hücumlarını bərpa edib.

7 oktyabrdan 23 oktyabrdan bəri İsrailin Qəzzaya hücumları nəticəsində ən azı 57 012 fələstinli həyatını itirib, 134 592 nəfər isə yaralanıb

Martın 18-də atəşkəsin dayandırılmasından sonra İsrailin Qəzzaya hücumları nəticəsində 6454 nəfər ölüb, 22551 nəfər yaralanıb.

Orxan

Gununsesi.info