Bayram günü münasibətilə hərbi yürüş keçiriləcək

  • By ilhame
  • 25 İyun 2024 20:07

26 İyun – Silahlı Qüvvələr Günündə Bakı, Sumqayıt, Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektlərində hərbi qulluqçuların yürüşləri və orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

 

Gununsesi.info-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi qulluqçular iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

 

– Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi;

 

– Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;

 

– Qəzənfər Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı;

 

– “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;

 

– Nəriman Nərimanov heykəli – Mərkəzi park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – 28 Mall Ticarət Mərkəzi;

 

– Sumqayıt Dənizkənarı Bulvar ərazisi;

 

– Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektləri;

 

Həmin gün saat 19:00-dan 21:00-dək müəyyənləşdirilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq:

 

– Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı);

 

– Azneft dairəsindəki Dövlət Bayrağı Meydanı;

 

– Muzey Mərkəzi (Dənizkənarı Bulvar fontanının qarşısı);

 

– Zabitlər parkı;

 

– Koroğlu parkı;

 

– Sumqayıt Dənizkənarı Bulvarda Bayraq meydanı;

 

– Fəvvarələr meydanı.

Gununsesi.info