“Araz-Naxçıvan” klubunun yeni baş məşqçisi bəlli olub

Azərbaycanın “Araz-Naxçıvan” futzal klubunun yeni baş məşqçisi məlum olub.

 Gununsesi.info xəbər verir ki, bu, rusiyalı məşqçi Yevgeni Kukseviçdir.

52 yaşlı mütəxəssislə bir mövsüm uzatma opsiyalı mövsümün sonuna qədər müqavilə imzalanacaq. Onun son iş yeri “Norilsk Nikel” olub.

Qeyd edək ki, Yevgeni Kukseviç 2018-ci ildə Rusiyanın ən yaxşı məşqçisi seçilib.

 

 

 Gununsesi.info