Məktəbli anasının asılmış meyitini tapdı - Təfərrüat - VİDEO

  • By Günel
  • 08 Mart 2025 08:58

Göyçay rayonunun İnçə kəndində baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.

Kənd sakini 43 yaşlı Gülnarə Səmədova həyətindəki meyvə ağacından özünü asaraq həyatına son qoyub.

Gununsesi.info xəbər verir ki, mərhumun həyat yoldaşı hadisənin aralarındakı mübahisədən sonra baş verdiyini bildirib:

“Səhər saat 5-də işə gedirdi, gecə saat 9-un yarısında evə gəlirdi. Evə qayıtmaqda çətinlik çəkirdi. Uşaqları tək qoyub gedirdi. Altı dənə uşaq evdə qalırdı, onların da məktəbi var, yeməyi var, içməyi var. Mən istədim ki, Gülnarə evdə qalsın, uşaqlara baxsın, amma o etiraz edərək dedi ki, yox, işləyəcək. İşə getdim, sonra xəbər aldım ki, özünü asıb. Uşaqları məktəbə və bağçaya göndərmişdi, məktəbdən qayıdanda uşaqlarımdan biri anasının meyitini tapıb”.

Qeyd edək ki, Gülnarə Səmədova altı uşaq anası olub. Onun böyük övladı 18, kiçik övladı isə 5 yaşındadır.

Yaxınları bildirirlər ki, Gülnarə ailəsinin maddi ehtiyaclarını qarşılamaq üçün çox çalışıb. O, bağlarda işləyib, çoban kimi çalışıb və gün ərzində 15-20 manat qazanıb.

***

İnçə kəndində baş verən intihar hadisəsinin ailə münaqişəsi zəminində olduğu bildirilir.

Gununsesi.info -nun Oxu.Az-a istinadən əldə etdiyi məlumata görə, hadisə ər-arvad arasındakı mübahisədən sonra baş verib.

Belə ki, Gülnarənin əri mal-heyvan otarmaqla məşğuldur. O, arvadının işləməyini istəməyib. Qadın da israr edib ki, işləyəcək. Mübahisədən sonra kişi çıxıb gedib, qayıdanda görüb ki, hadisə baş verib. Gülnarənin anası və qardaşı onu İsmayıllıda, öz kəndlərində dəfn ediblər.

Onların altı uşaqları var. Böyüyü məktəbi bitirib, qalanları məktəblidir.

***

Göyçayda 43 yaşlı qadın özünü asıb.

Gununsesi.info -nun Oxu.Az a istinadən əldə etdiyi xəbərə görə, hadisə Göyçayın İnçə kəndində qeydə alınıb.

Belə ki, altı uşaq anası, 1982-ci il təvəllüdlü Gülnarə Səmədova martın 6-da yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində: