Putin: ABŞ-nın dünya iqtisadiyyatına 54 trilyon dollardan çox borcu var

  • By ilhame
  • 07 İyun 2024 21:30

ABŞ-nın dünya iqtisadiyyatına 54,3 trilyon dollar borcu var.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında deyib.

 

“ABŞ qlobal maliyyə bazarında inhisarçı mövqeyindən istifadə edir. Bu istismardan çox böyük maliyyə vəsaiti əldə edirlər. İctimaiyyətə açıq olan məlumatlara görə, ABŞ-nin qlobal iqtisadiyyata 54,3 trilyon dollar borcu var”, – o vurğulayıb.

Gununsesi.info