Gəncədə iki şagird müəllimi döydü

  • By Günel
  • 10 Aprel 2025 21:27

Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində şagirdlər müəllimə xəsarət yetirib.

Gununsesi.info xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan şagirdlərlə həmin məktəbin müəllimi olan 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüsdə mübahisə yaranıb.

“Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib. Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, – açıqlamada qeyd olunub.

Gununsesi.info