Milad bazarına hücum edənin vəsiyyəti üzə çıxdı

Almaniyanın Maqdeburq şəhərində Milad bazarına etdiyi hücumda 5 nəfəri öldürən Talib əl-Abdulmohsenin vəsiyyəti məlum olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, vəsiyyətnamə hücumda istifadə edilən avtomobildə tapılıb.

Vəsiyyətnamədə Abdulmohsenin bütün əmlakını Alman Qızıl Xaç Cəmiyyətinə bağışladığı görülüb.

Əbdülmöhsənin dekabrın 12-də Maqdeburqdakı oteldə ABŞ-ın müsəlmanlara qarşı olan bloquna videomüsahibə verdiyi məlum olub. Müsahibədə Abdulmohsen milyarder iş adamı Elon Musk və ABŞ-ın sui-qəsd nəzəriyyəçisi Aleks Consu tərifləyib.

 

Orxan Saffari

Gununsesi.info