TikTokdakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var - FOTO

  • By Günel
  • 23 Dekabr 2024 23:02

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Gununsesi.info xəbər verir ki, bu barədə DİN- in idarə rəisi Elşad Hacıyev məlumat yayıb:

“Vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar”.

Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Gununsesi.info