
ABŞ prezidenti Co Bayden 40 federal məhbusdan 37-nin edamını ləğv edib və onların cəzalarını ömürlük həbslə əvəz edib.
Gununsesi.info xəbər verir ki, müvafiq qərar Ağ Evin saytında dərc olunub.
“Bu gün prezident Bayden federal ölüm hökmündə olan 37 nəfərin cəzasını yüngülləşdirdiyini açıqladı. Bu şəxslərin cəzaları şərti azadlığa buraxılmamaq şərti ilə ömürlük həbslə əvəzlənəcək”– deyə bəyanatda qeyd edilir.
Cəza tədbiri ilə əvəzlənənlər arasında polis və hərbi qulluqçuları qətlə yetirməkdə təqsirli bilinən cinayətkarlar, habelə Silahlı bank soyğunlarının və narkotik satışı ilə bağlı əməliyyatların iştirakçıları var.
Əlavə olaraq bildirilir ki, hökmləri ləğv edilməyən üç şəxs arasında 2013-cü ildə Boston marafonunda törədilən partlayışa görə edam cəzasına məhkum edilmiş terrorçu Coxar Tsarnayev də var. Həmçinin 2015-ci ildə Çarlston kilsəsində qaradərililərin qətliamını həyata keçirən irqçi Dilan Roof və 2018-ci ildə Pittsburq sinaqoqunda atışma törədən Robert Bowersi də ölüm cəzası gözləyir.
Dekabrın 2-də Bayden oğlu Hunterin əfv edilməsi haqqında sərəncam imzalayıb. Siyasətçinin fikrincə, bu qərar onun ittihamın ədalətsiz olduğuna inanması ilə diktə edilib.
O, ABŞ Ədliyyə Nazirliyinin qərarlarının qəbuluna qarışmayacağına söz verdiyini xatırladıb.
Bununla belə, Baydenin qərarı tənqidlərə səbəb oldu, çünki bu, onun əvvəlki vədlərinə ziddir.
Şəbnəm