Cəbrayılda təmir-bərpa işlərinə baxış keçirilib, ağacəkmə aksiyası təşkil olunub - FOTOLAR

  • By Günel
  • 23 Dekabr 2024 21:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin və Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin ərazisindəki Ağıllı Tingçilik təsərrüfatını təmin edən və Dostluq bulağını qidalandıran Hüseynağa kəhrizində aparılan təmir-bərpa işlərinə  baxış keçirib. 

Daha sonra iştirakçılar Cəbrayıl şəhərinin yaxınlığındakı “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin əkin ərazisində keçirilən ağacəkmə aksiyasında iştirak edib və zeytun ağacları əkiblər.