Azərbaycan səfirliyi yoxsul peruluların övladlarına bayram hədiyyələri paylayıb - FOTOLAR

  • By Günel
  • 24 Dekabr 2024 08:23

Azərbaycanın Perudakı səfirliyinin əməkdaşları Peru – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, konqresmen Xose Xeri ilə birgə paytaxt Limanın Villa el Salvador rayonunun Ollita Virgen ərazisindəki aztəminatlı ailələrin uşaqlarına bayram ərməğanları paylayıblar.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Latın Amerikası ölkəsindəki səfirliyin mətbuat xidməti bildirib.

“Azərbaycanın Perudakı səfirliyi Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, konqresmen cənab Xose Xeri ilə birlikdə Villa el Salvador rayonunun Ollita Virgen ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarına Milad və Yeni İl münasibətilə hədiyyələr təqdim etdi”, – diplomatik missiyanın sosial şəbəkə hesabında yazılıb.

Qeyd edək ki, adıçəkilən rayon paytaxtın sosial və iqtisadi baxımdan çətinlik çəkən ərazilərindən biri hesab olunur.

Gununsesi.info